Slimfit
  1. MARAQLI

Prezident, ildə nə qədər bal yeməsindən danışdı

Prezident, ildə nə qədər bal yeməsindən danışdı
Sakura

O, özünün də arıçılıqla məşğul olduğunu söyləyib.

Ens.az bildirir ki, iyulun 13-də Belarusiya Prezidenti Aleksandr Lukaşenko Slavqorod rayonuna işgüzar səfər edib

Dövlət başçısı Soj çayı üzərindəki körpünün açılış mərasimində iştirak edib, “Mavi Quyu” hidroloji təbət abidəsini ziyarət edib və arıçılarla söhbət edib.

Lukaşenko özünün də arıçılıqla məşğul olduğunu söyləyib.

Prezidentin sözlərinə görə, 45 arı ailəsi Aleksandriyadakı arıxanada, 60-a yaxın isə Minskdəki arıxanada yaşayır. Dövlət başçısı bu il çox yaxşı bal olduğunu deyib.

Bundan başqa, Lukaşenko özünün az bal yediyini - ildə bir banka ilə kifayətləndiyini qeyd edib.

"İl ərzində yeyirəm, ancaq çox yox, uzağı bircə banka "deyib.

Arıçılar prezidentə sınaq üçün ballarını təqdim ediblər və o, bu sahədə fəaliyyət göstərənlərə dəstəyini vəd edib.

Siz əla iş görürsünüz. Sizə hər tərəfdən dəstək verəcəyik, - Lukaşenko onları əmin edib.

 

Mənbə: belnovosti.by

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR