Slimfit
  1. SİYASƏT

Prezident: "Hərbi personalla bağlı qəbul edilən qərarlar onu göstərir ki, müəyyən problemlər üzə çıxıb"

Prezident: "Hərbi personalla bağlı qəbul edilən qərarlar onu göstərir ki, müəyyən problemlər üzə çıxıb"
Sakura

Prezident: "Hərbi personalla bağlı qəbul edilən qərarlar onu göstərir ki, müəyyən problemlər üzə çıxıb"

“Türkiyə Ordusu dünya çapında ən güclü ordular sırasındadır. NATO-da güc baxımından ikinci ordudur. Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli işlərə start verilib”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim Ordumuz indiyədək, demək olar ki, müharibələrdə iştirak etmirdi və sadəcə olaraq bu sahəyə nəzəri baxımdan yanaşırdı. Müharibə təcrübəsindən düzgün nəticələr çıxarmalıyıq. Böyük uğurlarımız olub, eyni zamanda müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Bunu biz gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi personalla bağlı qəbul edilmiş qərarlar onu göstərir ki, müəyyən problemlər üzə çıxıb ki, biz onları həll etdik”, - dövlət başçısı bildirib.

Prezident Azərbaycan və Türkiyə arasında çox saylı hərbi razılaşmaların olduğuna da diqqət çəkib: “Türkiyə və Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib. Əlbəttə ki, Azərbaycana hər hansısa təhlükə, təhdid yaranarsa, biz tam əminik ki, bizə arxa göstərən qardaş Türkiyə olacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR