Slimfit
  1. AZƏRBAYCAN

Prezident Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manat ayırıb

Prezident Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manat ayırıb
Sakura

Prezident Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manat ayırıb

Prezident İlham Əliyev "Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə qeyd olunan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR