Slimfit
  1. SİYASƏT

Prezident fərmanı: fermerlərə şad xəbər - Nazirlik açıqladı

Prezident fərmanı: fermerlərə şad xəbər - Nazirlik açıqladı
Sakura

Prezident fərmanı: fermerlərə şad xəbər - Nazirlik açıqladı

Bu günə qədər fermerlər subsidiyaları ala bilmək üçün müxtəlif sənədlər toplayırdılar. Məsələn, sənədlər toplanır, icra nümayəndəliyində, bələdiyyədə, Dövlət Aqrar İnkişaf Mərkəzində təsdiqlənir, daha sonra mərkəzi aparatın subsidiyaların ödənilməsi ilə bağlı komissiyasına göndərilir, orada da təsdiqlənib, Maliyyə Nazirliyinə təqdim edilirdi və yalnız bundan sonra nazirlik fermerin hesabına həmin məbləği köçürürdü. İndi isə proses elektronlaşdırılıb və fermerin harasa getməyinə ehtiyac qalmayıb.

Bu sözləri Axar.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmana əsasən 2020-ci ilin yanvarın 1-dən subsidiyaların fermerlərə yeni, vahid mexanizm vasitəsilə ödənilməsi qaydalarından danışarkən deyib.

V.Hüseynov bildirib ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilin əvvəlindən innovativ layihə həyata keçirib:

“Bunun üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi reallaşdırıldı. Bu EKTİS-lə bağlı yanvarın sonu, fevralın əvvəlindən başlayaraq, bütün rayonlarda fermerlərin maarifləndirməsinə başlanıldı. Fermerlərin öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etməsi ilə bağlı maarifləndirmə işləri görüldü. Bu, ilk olaraq Quba və Şəkidə pilot layihə kimi başladı. Ancaq indi bütün bölgə və rayonlarda bu sistemə keçilib. Bu gün ölkə üzrə 320 mindən artıq fermer öz məlumatını yeni sistemə daxil edib.

Bu, ona görə vacib idi ki, növbəti ildən subsidiyalar qaydalara edilən dəyişikliyə əsasən fermerlərə insan faktoru olmadan, elektron qaydada verilsin”.

V.Hüseynovun sözlərinə görə, bu günə qədər fermerlər daha sənəd toplanmasına vaxt və enerji sərf etməyəcək:

“İndi bir platforma yaradılıb və fermer bu platformaya daxil olub, özü ilə bağlı məlumatları sistemə daxil edib subsidiyanı əldə edə bilir. Bunun üçün fermer öz telefon nömrəsi ilə orada qeydiyyatdan keçir və öz pin kodu ilə sistemə daxil olub şəxsi kabinet yaradır. Beləcə, elektron qaydada bütün sənədlərini yükləyir.

Məsələn, qeyd edir ki, Məmmədov Əli Vəli oğlunun Samux rayonu Qarayeli kəndində 1 hektar torpağı var. Həmin torpaq sahəsi onsuz da sistemdə xəritədə göstərilir. Fermerin yazdığı rəqəmlə sistemə daxil etdiyi rəqəm üst-üstə düşməlidir. Bundan sonra o göstərir ki, məsələn, mən burada taxıl əkmişəm”.

Nazirlik rəsmisi bildirib ki, hazırda fermerlərin sənədlərinin yoxlanması işləri gedir:

“Kimin sənədlərində problem varsa, aradan qaldırılması üçün işlər gedir, maarifləndirmə işləri aparılır. Bu ona görə edilir ki, növbəti illərdə artıq subsidiyalar verilərkən fermer sənədlərini yeniləməyə ehtiyac duymasın”.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 1-dən subsidiyalar fermerlərə yeni, vahid mexanizm vasitəsilə çatdırılacaq. Bununla bağlı Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR