Prezident Donald Tramp Pakistanın Baş Nazirindən İranla danışıqlar aparılması üçün vasitəçilik etməsini…
ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Pakistanın Baş Naziri İmran Xandan xahiş ediblər ki, İran Prezidenti Həsən Ruhani ilə danışıqlar aparsın və vasitəçilik etsin.
AZƏRTAC xəbər verir ki, İmran Xan hər iki liderin xahişini yerinə yetirərək vasitəçilik missiyasına başlayıb və H.Ruhani ilə ilk görüşünü də keçirib. Danışıqlar davam edir. İmran Xan danışıqlardakı müzakirə olunan məsələlər haqqında hələlik məlumat verməyin məqsədəuyğun olmadığını nəzərə çatdırıb.
Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası davam edir. Yuxarıda qeyd olunan görüşlər də Nyu-Yorkda BMT-nin mənzil qərargahında baş tutub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət