Slimfit
  1. AZƏRBAYCAN

Prezident: “Bu işləri ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”

Prezident: “Bu işləri ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”
Sakura

Prezident: “Bu işləri ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”

“Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək”.

Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşündə deyib.

“Bilirsiniz ki, son illər Sumqayıtın inkişafı ilə bağlı çox böyük işlər görülüb. Sumqayıt bu gün müasir sənaye mərkəzinə çevrilib və burada fəaliyyət göstərən müəssisələrdə minlərlə insan işlə təmin edilir. Elə bu gün səhər yeni müasir polietilen zavodunun açılışını etdik. Bu zavod təqribən 500 iş yeri yaradan bir müəssisədir. Burada istehsal olunacaq məhsullar ixracyönümlüdür və ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Biz bu yaxınlarda azot gübrələri zavodunun açılışını da etdik. Orada da 500 nəfər işlə təmin olunub. Eyni zamanda, göstəriş vermişəm ki, ödənişli ictimai işlər də açılsın və 2 min iş artıq açılıbdır. Göstəriş vermişəm ki, əlavə təqribən 2 minə yaxın ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər. Siz xatırlatdınız, mən demişəm ki, Sumqayıt bulvarı da bir möcüzədir.

Mən həmişə demişəm ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük. Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşıb, ancaq Sumqayıt kimi gözəl şəhərdə insanların istirahəti üçün mütləq bulvar olmalı idi və biz bir il, hətta bir ildən tez bir vaxtda 4 kilometr uzunluğunda bulvar yaratdıq. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib. Siz burada dəfələrlə olmusunuz, mən də dəfələrlə olmuşam. Əvvəlki mənzərə əlbəttə ki, çox acınacaqlı idi. Amma bu gün yeni yollar salınır, yeni binalar tikilir, ictimai yerlər yaradılır. Yəni, Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir. Bir tərəfdən sənaye müəssisələrinin yaradılması, - Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir, - digər tərəfdən, bu gün Sumqayıtın ekoloji vəziyyəti görün nə qədər yaxşılaşıb. Sumqayıtın havası elə bil ki, kurort havasıdır. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkləndirən bəzi müəssisələrin fəaliyyətinə son qoyuldu. Bütün yeni müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Buna görə indi burada ekoloji durum çox yaxşıdır. Minə yaxın evin dam örtüyü təzələnib və bu iş davam edir. Liftlər, həyətlər, yollar təmir olunub. Bu yaxınlarda 2 saylı xəstəxananın əsaslı təmiri haqqında Sərəncam imzalandı. Bundan əvvəl 1 saylı xəstəxana əsaslı təmir edildi. Baxacaqlar, əgər 2 saylı xəstəxananın təmiri mümkündürsə, təmir olunacaq, mümkün deyilsə, sökülüb yenidən tikiləcək”, - dövlət başçısı vurğulayıb.

Prezident xatırladıb ki, Sumqayıtda qaz problemi həll edilib. İçməli su, elektrik enerjisi ilə bağlı məsələlər həll olunub: “Biz burada böyük bir elektrik stansiyası tikmişik ki, bu, Sumqayıtı tam təmin edir. Əlbəttə ki, iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Baxın, bu tikintilərdə gör nə qədər adam işləyir, yeni müəssisələrdə nə qədər adam işləyəcək. Bütün bu işləri biz ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. İndi minimum əməkhaqqının, minimum pensiyanın, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin qaldırılması – bütün bunlar nəyə görə mümkün olub? Ona görə ki, çox ciddi islahatlar aparılıb və bizə əlavə gəlir gəlir. Bu gəliri biz, ilk növbədə, hara yönəltməli idik, məhz sosial məsələlərin həllinə. Ona görə bu siyasət davam etdiriləcək və əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, uşaqlar daha da yaxşı böyüsünlər, Vətənimizin layiqli övladları olsunlar, ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR