Slimfit
  1. SİYASƏT

Prezident: “BMT-nin islahatlara ehtiyacı olduğu sirr deyil”

Prezident: “BMT-nin islahatlara ehtiyacı olduğu sirr deyil”
Sakura

Prezident: “BMT-nin islahatlara ehtiyacı olduğu sirr deyil”

“BMT-nin islahatlara ehtiyacı olduğu sirr deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinə dair aydın bir baxış olmalıdır”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

“Bu, ikili standartlara əsaslanan seçici bir yanaşma olmalı deyil. Vəziyyətimizlə bağlı Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul edilib. ATƏT-in Minsk Qrupunun üç həmsədri həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar qəbul etdikləri qətnamələrin icrası üçün hər şeyi etməli idilər. Bu qətnamələrdə açıq şəkildə deyilirdi ki, erməni qoşunları tamamilə və qeyd-şərtsiz işğal altındakı əraziləri tərk etməlidirlər. Amma bu, nəticə vermədi”, - deyə dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, BMT-də islahatlar, xüsusən də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası sahəsində mexanizmlərin yaradılması ilə bağlı islahatlar beynəlxalq ictimaiyyətin təşkilata olan etimad səviyyəsini yüksəldəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR