Slimfit
  1. SİYASƏT

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”
Sakura

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

“Biz əməkdaşlığa açıq ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayır, burada heç vaxt nə dini, nə də milli zəmində hər hansı qarşıdurma və ya anlaşılmazlıq olmayıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri bir bayraq altında, bir yumruq kimi birləşdi və bu qələbədə Azərbaycanda yaşayan hər bir xalqın qiymətli payı var”. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu sözləri Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib:

“Ermənilərlə birgə yaşamağımıza gəlincə, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda azərbaycanlılarla ermənilər birgə yaşayır. Bu yaxınlarda mənə verilən məlumata görə, jurnalistlər Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanda yaşayan bacısını tapmışdılar.

90-cı illərdə Ermənistan müdafiə naziri olan və azərbaycanlılara qarşı soyqırımı törədən şəxsin bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Azərbaycan xalqının əxlaqı budur. Biz bundan sonra da buna hazırıq. Əminəm ki, Qarabağın sülhməramlı missiyanın nəzarətində olan hissəsinə də azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman tələb edir, birgə səylər tələb edəcək. O cümlədən biz Xocalıya da qayıdacağıq. Başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar. 

Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR