Slimfit
  1. CƏMİYYƏT

Prezident: “Biz elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”

Prezident: “Biz elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”
Sakura

Prezident: “Biz elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”

“Bu bina sovet dövründə tikilib və bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarılmışdı, “Azərenerji”nin balansından çıxarılmışdı. Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks-təqdirdə bu binanı özəlləşdirən hansısa sahibkarların burada nə yaradacaqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hektara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti yaradılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, bina energetiklərə qaytarılandan sonra artıq 2018-ci ilin sonunda burada əsaslı yenidənqurma-təmir işləri başlamış və uğurla başa çatdırılıb: “Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, bizim infrastruktur layihələrinin icrası ilə bağlı ilk addımlarımız məhz energetika sahəsinə də aid idi. Hələ 2004-cü ildə regionların birinci sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələrinin arasında əsas diqqət energetika sahəsinə yönəlmişdi. Bu, təbii idi. Çünki o vaxt biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Biz xaricdən elektrik enerjisi alırdıq. Həm valyuta xaricə gedirdi, həm də bizim mövcud infrastruktur xətlərimiz imkan vermirdi ki, ölkəmizi elektrik enerjisi ilə təmin edək. Hətta Bakı şəhərində gecə saatlarında elektrik enerjisi kəsilirdi. Yadımdadır, - gənc nəslin nümayəndələri bəlkə də bunu xatırlamır, - o vaxt hətta televiziya verilişləri axşam saat 12-də dayandırılırdı ki, insanlar televiziyaya baxmasınlar, enerjidən çox istifadə etməsinlər. Yəni, böyük qıtlıq var idi. O ki qaldı, Azərbaycanın bölgələrinə, orada ümumiyyətlə, enerji təminatı çox pis vəziyyətdə idi. Ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilirdi və əlbəttə ki, bu, həm insanların həyat tərzinə mənfi təsir göstərirdi, eyni zamanda, bizim iqtisadi, sənaye potensialımızın artımına da böyük problem yaradırdı. Ona görə mənim göstərişimlə birinci regional inkişaf proqramında bu məsələyə çox böyük diqqət göstərildi və biz dərhal işlərə başladıq. O vaxt regional elektrik stansiyalarının tikintisinə başlamışdıq. Astara, Xaçmaz, Şəki, Şahdağ və Səngəçalda elektrik stansiyalarının tikintisi müəyyən dərəcədə imkan yaratdı ki, öz tələbatımızı özümüz təmin edək. Ancaq bununla paralel olaraq yeni elektrik stansiyalarının, böyük elektrik stansiyalarının inşası da nəzərdə tutulurdu və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində. Bu stansiyalar arasında böyük stansiyalar xüsusilə əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilmişdir – “Cənub” Elektrik Stansiyası. Onun generasiya gücü təxminən 800 meqavata bərabərdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası, 525 meqavat. “Şimal 2” bu yaxınlarda istifadəyə verilib. Onun generasiya gücü 400 meqavata yaxındır. “Səngəçal” stansiyasının generasiya gücü 300 meqavatdır. Təkcə bu dörd stansiyanın generasiya gücü 2 min meqavatdan çoxdur. Bundan əlavə, ölkəmizin müxtəlif yerlərində su elektrik stansiyaları tikildi. Bildirməliyəm ki, Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda, orada ixrac potensialı da yaranmışdır. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik.

Əlbəttə ki, bu böyük infrastruktur layihələri böyük vəsait tələb edir. Bu vəsaitin böyük bir hissəsi büdcənin hesabına təmin edildi, digər hissə götürülmüş kreditlər hesabına və bu kreditlər qaytarılır. Beləliklə, biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR