Dərc edildi: Baxış sayı: 477
Prezident: “Azərbaycana 100 təcili yardım maşınının gətirilməsi nəzərdə tutulur”
“Azərbaycana 100 təcili tibbi yardım maşınının gətirilməsi nəzərdə tutulur. Onlardan 40-ı artıq Bakıdadır”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, təcili tibbi yardım maşınları bütün bölgələrə göndəriləcək:
“Bu xəstə vətəndaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün bu maşınların çox böyük əhəmiyyəti var”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət