Slimfit
  1. SİYASƏT

Prezident: "Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər"

Prezident: "Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər"
Sakura

Prezident: "Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər"

"Sizin səfərinizdən bir ildən az vaxt keçib, lakin həm tapşırıqlarımızın icrasına nəzarət, həm də qarşılıqlı fəaliyyəti gücləndirmək üçün yeni addımlar atılması baxımından gündəliyə nəzər salmaq zəruridir. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər".

"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən məhdud tərkibdə görüşdə deyib.

"Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir. Əməkdaşlığın istiqamətlərinə gəldikdə isə, onların sadalanması yəqin ki, çox vaxt tələb edərdi, çünki bu istiqamətlər praktiki olaraq həyatımızın bütün sahələrini əhatə edir. Lakin, əlbəttə, indiki şəraitdə təbii ki, ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, mənimlə birlikdə çox nüfuzlu nümayəndə heyəti, çoxlu nazir, dövlət strukturlarının rəhbərləri gəliblər. Əminəm ki, qardaş Qazaxıstan torpağında olan nümayəndə heyətinin üzvləri də fəallıq göstərəcək, biz yaxşı nəticələrə nail olacağıq və görülmüş işlərə yekun vurmaq üçün növbəti həddi müəyyən edəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm", - Prezident qeyd edib.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR