Slimfit
  1. COĞRAFİYA

Prezident Avropa ilə bağlı əsas hədəfini açıqladı

Prezident Avropa ilə bağlı əsas hədəfini açıqladı
Sakura

Prezident Avropa ilə bağlı əsas hədəfini açıqladı

Ukraynanın Avropa Birliyi (AB) ölkələri ilə xarici ticarəti 42 faizə çatıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko açıqlamasında bildirib.

Poroşenkonun sözlərinə görə, 2018-ci ilin birinci yarısında Ukrayna AB ölkələrinə 11,2 milyard dollar həcmində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard dollar çoxdur.

“Biz Ukraynanın AB-yə inteqrasiyası üçün həm ticarət-iqtisadi, həmçinin siyasi əməkdaşlığı dərinləşdirəcəyik. Hakimiyyətin qarşısında əsas hədəf Ukraynanı AB-yə tamhüquqlu üzv etməkdir”,- deyə Poroşenko əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR