Slimfit
  1. AZƏRBAYCAN

Prezident Administrasiyasının rəsmisi: “Azərbaycan hökuməti bütün kompensasiyaları vaxtında ödəyir”

Prezident Administrasiyasının rəsmisi: “Azərbaycan hökuməti bütün kompensasiyaları vaxtında ödəyir”
Sakura

Prezident Administrasiyasının rəsmisi: “Azərbaycan hökuməti bütün kompensasiyaları vaxtında ödəyir”

“Deməzdim ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən şikayətlərin sayı artır. Fikrimcə, azalma müşahidə edilir. Avropa Məhkəməsində aparılan islahatlar da imkan yaradır ki, şikayətlərə daha tez baxılsın. Azərbaycan Avropa Məhkəməsində öz maraqlarını, mövqeyini lazımi qaydada müdafiə edir”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.

Ç.Əsgərov qeyd edib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır: “Bununla bağlı həm fərdi, həm də ümumi xarakterli tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir. Kompensasiyaların ödənilməsi üçün hər hansı müddət məhdudiyyəti yoxdur. Lakin Avropa Məhkəməsinin qərarlarında belə bir qayda var ki, əgər kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir. Bu da dövlətlər üzərinə həmin kompensasiyanın tez bir zamanda ödənilməsi üçün hüquqi öhdəliklər qoymur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR