Prezident Administrasiyası: "Sahibkarlara dəymiş bütün zərər dövlət tərəfindən ödənəcək"
"Sahibkarlara dəymiş bütün zərər dövlət tərəfindən ödənəcək", Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov deyib.
Cümə axşamı günü səhər saatlarında Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüşən Hüseyn Mövsümov onları dinləyib.
Bir saat sonra zərərçəkmiş sahibkarlarla daha bir görüşün olması gözlənir.
Nə baş verib?
Çərşənbə axşamı günü Bakının Nizami Rayonu ərazisində yerləşən "Diqlas" ticarət mərkəzində yanğın olub.
Təxminən 1000 kv metr ərazidə yerləşən 4 mərtəbəli "Diqlas" ticarət mərkəzində yüzlərlə mağaza olub.
Yanğını söndürməyə 3 helikopter və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti də cəlb olunub.
Hadisə yerinə gələn Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğının səviyyəsini "ciddi" qiymətləndirib.
Mənbə: BBC
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət