Dərc edildi: Baxış sayı: 580
Premyer Liqada kuryoz hadisə
İngiltərə Premyer Liqasının II turu kuryoz hadisə ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, tur çərçivəsində keçirilməli olan “Çelsi” – “Lester” qarşılaşmasının baş hakimi dəyişib.
Belə ki, görüşün referisi Qrehem Skott oyuna gələrkən tıxaca düşdüyü üçün onu qarşılaşmanın dördüncü hakimi Oliver Lanqford əvəz edib.
Baş hakimin oyun zamanı dəyişməsi praktikası daha əvvəl olsa da, referinin tıxacda qalaraq oyuna gecikməsi hadisəsi son illər ilk dəfə yaşanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət