Slimfit
  1. İDMAN

Premyer Liqa bu tarixdə bərpa olunacaq

Premyer Liqa bu tarixdə bərpa olunacaq
Sakura

Premyer Liqa bu tarixdə bərpa olunacaq

İyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən yaydığı açıqlamaya görə, bu qərar 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılması çərçivəsində müəyyənləşdirilib.

Sabah isə AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək. Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.

Ens.az xəbər verir ki, Sportinfo.az-ın məlumatına görə, elita təmsilçiləri gələn ayın ilk günündən etibarən məşqlərə başlayacaq. Artıq AFFA-dan onlara belə bir şifahi təlimat gəlib. Premyer Liqanın bərpa tarixi olaraq iyunun 21-i seçilib.

Yəni, martın 14-dən çalışmalarını dayandıran komandaların hazırlıq üçün cəmi 20 gün vaxtı olacaq.

Çempitonatın son 8 turunun, həmçinin ölkə kubokunun yarımfinal və final oyunlarının başa çatdırılması üçün 1 ay nəzərdə tutulub. Federasiya mövsümü iyulun 25-28-i aralığında qapatmağı planlaşdırır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR