Dərc edildi: Baxış sayı: 444
Portuqaliyada sirklərdə vəhşi heyvanların çıxışı qadağan edilir
Portuqaliya parlamenti ölkənin sirklərində vəhşi heyvanların çıxışını qadağan edən qanunu dəstəkləyib. SİA-nın məlumatına görə, bu barədə heyvan haqları müdafiəçilərini və ekoloqları birləşdirən Portuqaliyanın “PAN” Partiyası özünün “Instagram” səhifəsində bildirib.
Yeni qanunla vəhşi heyvanların, xüsusilə şir, pələng, fil, dəvə və zebrlərin sirk tamaşalarında iştirakı qadağan ediləcək.
Bu qanuna uyğun olaraq, “keçid dövrü” sayılacaq növbəti 6 il ərzində sirklər vəhşi heyvanları könüllü şəkildə xüsusi sığınacaqlara təhvil verməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət