Dərc edildi: Baxış sayı: 839
“Porşe” bu avtomobilin istehsalından imtina etdi
“Porşe” şirkəti bundan sonra dizel mühərrikli avtomobillər istehsal etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə “Porşe”nin baş icraçı direktoru Oliver Blum danışıb.
Direktorun sözlərinə görə, şirkət bundan sonra xüsusilə yaxşı bacardığı işlərə köklənmək niyyətindədir. Bunlara benzinli mühərriklər, hibridlər və 2019-cu ildən etibarən elektromobilləri aid etmək olar.
Qeyd edək ki, bir qədər əvvəl Oliver Blum “Porşe”nin dizel mühərrikli avtomobillərə görə nüfuz itirdiyini açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət