Slimfit
  1. AVTO VƏ MOTO

Porsche Taycan yenilənib

Porsche Taycan yenilənib
Sakura

Porsche Taycan yenilənib

Porsche Taycan elektrik sedanının rəsmi təqdimatından təxminən bir il keçməsinə baxmayaraq, alman istehsalçısı elektrokarı yeniləmək qərarına gəlib. Yeniləmə texniki hissədə və avadanlıq siyahısında baş verib. Zahiri cəhətdən elektrokar dəyişməsə də, onun rəngi palitrasında artıq yeddi yeni çalar peyda olub. Opsional Carbon Sport Design paketi bütün modifikasiyalar üçün əlçatandır.

Bununla belə, Taycan Turbo S modifikasiyası daha yeyin olub: indi 200 km/saat həddinə sürətlənmək üçün elektrokar  9.6 saniyə sərf edir ki, bu da əvvəlkindən 0,2 saniyə yeyindir. Dörddə bir mil (402 metr) dreq məsafəsini qət etmək üçün Taycan Turbo S modelinə 10.7 saniyə ( - 0,1 saniyə) gərəkdir.

Salonda baş vermiş yeniliklər hissədən ibarət olan yeni opsional proyeksiya ekranından ibarətdir. Bu ekranın bölmələrindən biri sürücünün arzusuna uyğun olaraq tənzimlənə bilər, digər iki bölmədə isə, naviqasiya sisteminin və sürətlənmə-yavaşlama tezliyinin göstəriciləri əks olunur.

Digər bir yenilik opsiyalar üçün abunə sistemidir: seçilmiş mövqelərin siyahısınə hətta elektromobilin satın alınmasından sonra da dəyişdirilə bilər. Avtomobili sifariş edərkən onu müxtəlif funksiyalarla təchiz etmək olar, ancaq opsiyalardan daimi istifadə etmək üçün pul ödəməyə hazır olmayanlara aylıq abunə xidməti təklif olunur. Bu abunənin müddətini artırmaq mümkündür. Məsələn,  zərurət olduqda, əlavə ödəniş ilə, zolaqda saxlama funksiyasını aktivləşdirmək mümkündür.

Artıqi əlavə ödənişlə standart 11 kilovatlıq yükləmə qurğusunun əvəzinə daha güclü 22 kilovatlıq  qurğunu əldə etmək olar: bu qurğu sayəsində dəyişkən cərəyan mənbəyindən enelri yükləmə müddəti iki dəfə azalır. Bundan əlavə, aktiv stabilizatorlar olan adaptiv pnevmoasqısının Smartlift funksiyasını da peyda olub. Bu sistem yoldakı çıxıntıları nəzərə alaraq avtomobilin “burnunu” qaldırır. Sistem, sürücünün bu funksiyanı aktivləşdirdiyi yerləri yadda saxlayaraq, növbəti dəfə avtomatik olaraq işə düşür - məsələn, "uzanan polisin" qarşısında və ya qarajdan çıxarkən.

Yenilənmiş Porsche Taycan modelinə  sifarişlərin qəbuluna sentyabr ayının ortalarında başlanacaqdır. İlk yenilənmiş elektromobillər oktyabr ayında xaricdəki dilerlərin salonlarına nümayiş etdiriləcəkdirlər.

Mənbə: Autograph.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR