Dərc edildi: Baxış sayı: 511
Poroşenko buna görə həbs edilmir - Rus senator açıqladı
Ukraynanın sabiq Prezidenti Pyotr Poroşenko ABŞ və digər Qərb ölkələri qarşısında siyasi xidmətlərinə görə həbs edilmir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov deyib.
“Poroşenko Amerika və Qərb dövlətlərinə olan siyasi xidmətlərinə görə “Mühafizə sertifikatı” alıb. Və Zelenskiyə (Ukrayna prezidenti) bununla bağlı xəbərdarlıq edildi”, - deyə Puşkov bildirib.
Qeyd edək ki, Poroşenko öz açıqlamasında Zelenskinin onu həbsxanaya sala bilməyəcəyini demişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət