Slimfit
  1. TEXNOLOGİYA

Populyar sosial şəbəkənin milyonlarla istifadəçisinin telefonu təhlükə altındadır

Populyar sosial şəbəkənin milyonlarla istifadəçisinin telefonu təhlükə altındadır
Sakura

Populyar sosial şəbəkənin milyonlarla istifadəçisinin telefonu təhlükə altındadır

Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis İbrahim Baliç “Twitter” sosial şəbəkəsinin 17 milyon istifadəçisinin mobil telefon nömrəsini müəyyənləşdirib. “TechCrunch” nəşri yazır ki, aşkar edilmiş boşluq populyar sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarını təhlükə altına qoyub.

ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, sözügedən boşluq “Android” üçün mobil tətbiqdə aşkar edilib. İstifadəçilərin nömrəsini əldə etmək üçün telefonlardan ibarət siyahı yaratmaq və müvafiq hesabların axtarışı üçün onları “Twitter”ə yükləmək lazım olub. Mütəxəssis proqram vasitəsilə on milyonlarla müxtəlif nömrələr yaradıb.

Bu, Baliçə Fransa, Almaniya, İsrail, Türkiyə, İran, Yunanıstan sakinlərinin nömrələrini və ona bağlı hesablarını öyrənməyə imkan verib. Mütəxəssis iki ay ərzində telefon nömrəsinin köməyi ilə İsrailin yüksək vəzifəli siyasətçisinin profilini tapıb. “Twiiter” yalnız 20 dekabrda onun fəaliyyətini bloklayıb.

“Twitter”in nümayəndəsi məlumat verib ki, şirkət sözügedən boşluğu aradan qaldırmaq üçün çalışır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR