Slimfit
  1. TEXNOLOGİYA

Populyar sosial şəbəkələrin alqoritmlərini necə qırmaq olar?

Populyar sosial şəbəkələrin alqoritmlərini necə qırmaq olar?
Sakura

Populyar sosial şəbəkələrin alqoritmlərini necə qırmaq olar?

Öncəki məqaləmizdə bildirmişdik ki, alqoritmlər onlayn həyatımıza nəzarət edir. Beləliklə, 2020-ci ildə alqoritmlərin tam təsirini öyrənməmişdən əvvəl gəlin əsas kontent xidmətlərinin hər birindəki alqoritmlərə nəzər salaq - bunların çoxunu nə qədər təəccüblü olsa da həyatımızdan silmək asandır.

1. Facebook

Yer üzündəki heç bir alqoritm, hətta Çinin Sosial Kredit Sistemi belə Zukerberqdən güclü deyil. Hər gün təxminən 2 milyard insan Facebook-u ziyarət edir. Bu insanların təxminən hamısı alqoritm şirkətlərinin onları məşğul edəcək postları təqdim etməsinə imkan verir. Bu, keçmişdə əlaqədə olduğunuz dostlarınızdan, əslində onlarla nə qədər yaxın olduğunuzdan asılı olmayaraq daha çox yazı görməyiniz deməkdir. Həm də böyük müzakirələrə səbəb olan məzmunun qabağa çıxması deməkdir. Zukerberq də bunu bilir.

"Alqoritmlərimiz insan beyninin bölünməyə maraqlı olmasından istifadə edir" deyə Wall Street Journal tərəfindən 2018-ci ildə aparılan Facebook araşdırması insanlara xəbərdarlıq edib.

Zuckerberq, daha uyğun postlar hazırlamaq üçün alqoritmdə düzəlişlər etsə mühafizəkarların qeyri-mütənasib dərəcədə təsir görəcəyindən qorxduğunu deyib. İndi Facebook-un 2020-ci ildəki ən yaxşı yazılarına baxın; siyahıda gündəlik olaraq Ben Shapiro, Franklin Graham ve Sean Hannity kimi adlar üstünlük təşkil edir.

Ancaq mühafizəkarların da Facebook alqoritmindən narahat olmasına səbəb var. Araşdırmalar göstərir ki, dostlarımızın populyar yazılarını görmək bizi daha çox depressiyaya salır. Facebook aludəçiliyi, depressiv pozulmalarla çox əlaqəlidir. 2018-ci il hesabatına görə” "super paylaşımçılar” daha az aktiv istifadəçiləri boğdu.

Bunun qarşısını necə almalı?

Xoşbəxtlikdən onların təsirini özünüz azalda bilərsiniz. Çünki Facebook yenə də həyat yolunuzdan çeşidləmə alqoritmini silmənizə imkan verir və bütün dostlarınızın yazılarına xronoloji ardıcıllıqla baxa bilərsiniz.

Və nəticə? Demək olar ki unutduğunuz dostlarınızın paylaşımlarına baxmaq sizi təəccübləndirəcək. Onların postlarına münasibət bildirsəniz, ana səhifəyə qayıdarkən kontent alqoritmini məşq etdirmiş olacaqsız. Əlbəttə ki, bu Facebooku idarə etmək üçün tək yol deyil. Alqoritm nə etdiyini bilir, beyninizi ən maraqlı mesajlarla bağlayır - amma bu, çox yaxşı bir düzəlişdir. Hər gün Facebook-dakı iki milyarddan birisinizsə, bu versiyanı həftədə ən azı bir dəfə sınayın.

2. YouTube

YouTube “sonrakını izlə” alqoritmi, Facebook-un mübahisəli yazılara üstünlük verməsindən daha çox demokratiyaya zərər verə bilər. Baxdığımız YouTube videolarının yüzdə 70-i xidmət alqoritmi tərəfindən tövsiyə olunur və təklif edilən videonun nə olmasından asılı olmayaraq daha çox YouTube videosu və reklamlarını izləməyiniz üçündür (ortalama baxış sessiyası bir saatdan artıqdır).

Bu o deməkdir ki, YouTube mübahisəli məzmuna üstünlük verir, çünki onu sevsəniz də, nifrət etsəniz də izləməyə davam edəcəksiniz. Bir dəfə mübahisəli bir məzmunu izlədikdən sonra, alqoritm onu sevdiyinizi güman edəcək. Sizi videonun izləyicilərinin növbəti izləməyi seçdiyi videolara yönləndirəcək. Bu, nənə və babanızın zərərsiz bir Fox News videosunu izləməyə başlayıb, bir QAnon sui-qəsd nəzəriyyəsinə gəlib çıxmasına bənzəyir.

Bunun qarşısını necə almalı?

“Növbəti” siyahısının yanında bir seçim olan autoplay-ı söndürmək, ən azı YouTube alqoritminin tövsiyə etdiyi hər şeyi kor-koranə izləməyinizə mane olacaq. Tövsiyələri ümumiyyətlə söndürə bilməzsiniz, ancaq ən azı texnologiyadan başı çıxan qohumlarınızı alqoritmin baxış seçimlərinizi radikallaşdırmaq üçün əlindən gələni etdiyindən xəbərdar edə bilərsiniz.

Youtube bəyəndiyiniz və bəyənmədiklərinizi artıq öyrəndiyi üçün, YouTube tövsiyə alqoritmi sizə normal görünə bilər. Ancaq yeni istifadəçi tamamilə başqa şeylə qarşılaşacaqdır.

3. Instagram

Ana şirkət Facebook, səhifənizi əks xronoloji ardıcıllıqla izləməyinizə icazə verirsə, Instagram bu seçimi 2016-cı ildə tamamilə ləğv etdi və bu, “kölgə qadağası” haqqında müxtəlif qərəzli nəzəriyyələrə səbəb oldu. Aşağıya doğru sürüşdürməyə davam etsəniz, bütün fotoşəkil və hekayələri sizə göstərəcək, amma müəyyən adlar o qədər tez-tez əvvəldə görünür ki, özünü təqibçi kimi hiss etdiyiniz üçün bağışlanacaqsınız.

Bunun qarşısını necə almalı?

Fevral ayının yeniləməsindən etibarən, Instagram ən azından kimə istəmədən laqeyd qaldığınızı görməyinizə imkan verəcəkdir. Sağ alt küncdə profil nişanını vurun, “izləyicilər” düyməsinə vurun və iki kateqoriyanı görəcəksiniz: “Ən az əlaqədə olduğunuz” və “Ən çox həyat yolunda göstərilən”. Birincisini vurun, siyahını nəzərdən keçirin və ən çox laqeyd qaldıqlarınıza bir az sevgi verin.

Ayrıca səhifənizi hesabları izlədiyiniz sıraya görə düzəldə bilərsiniz ki, bu da həqiqətən qıcıqlandırıcıdır.. Niyə bu seçimi təklif edirlər və sadəcə normal xronoloji ardıcıllıq vermirlər? Instagram-ın son hadisələr barədə məlumat alacağınız “Ən son postlar” funksiyasını da sınaqdan keçirdiyi deyilir, lakin bu hələ bütün istifadəçilərə təqdim olunmayıb.

4. Twitter

Sosial mediadakı rəqibləri kimi, Twitter də ən son paylaşılanlardan fərqli bir şəkildə necə məlumat təqdim edə biləcəyini düşünməklə məşğuldur - Twitter-in çoxdan bəri bilinən formatı. Qurucu Jack Dorsey, yalnız insanları deyil, mövzuları da ən çox müzakirə olunan tvitləri də görməyinizə imkan verən həll yolları təqdim edib.

Bunun qarşısını necə almalı?

Xronoloji olmayan bütün bu parametrlər səhifənin yuxarı hissəsindəki “Ana səhifə” başlığının altına düşür. Yanındakı ulduz nişanlarını vurun və ənənəvi Twitter üslubunda “Son Tweet”-lərə qayıtmaq şansınız olacaq. Bütün sosial media şəbəkələri arasında ancaq Twitter, tövsiyə alqoritmini görməməzdən gəlməyi ən asanlaşdıran şəbəkədir.

Son Tweet-lərdəki sizi maraqlandıranları tapmaq üçün bir az daha çox sürüşmə tələb oluna bilər və əlbəttə nə görünürsə, günün hansı vaxtında olduğunuz ilə də bağlıdır.

 

Mənbə: Facemark.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR