Dərc edildi: Baxış sayı: 726
Populyar şəkər dərmanı təhlükəli hesab edildi – Kanserogen birləşməsi var
Dünyada populyar diabet dərmanı Metformin insan sağlamlığı üçün təhlükəli ola bilər.
Avropa Birliyində 2 müstəqil institut mənbəyi dərman üzərində apardıqları araşdırmaların nəticəsində bu qərara gəliblər.
Medicina.az xəbər verir ki, 2 milyon diabet xəstəsi tərəfindən qəbul olunan preparatın tərkibində olan bir kimyəvi birləşmə insan üçün xərçəng riski daşıyır. Belə ki, bu birləşmə laboratoriya siçanlarında xərçəng xəstəliyi yaratmaq üçün onlara verilən maddə ilə eynidir.
İnformasiya sızdıqdan sonra gələn həftə Avoap Birliyi dərman vasitələri agentliyi müzakirələrə başlayacaq.
Varşavada Polşa səhiyyə naziri bildirib ki, hələ dərmanı geri yığmaq fikri yoxdur. Nə Avropa, nə Polşa institutları əsaslı səbəblərə malik deyil. Metformin diabet xəstələrində yaxşı effekt verir və milyonlarla insanı dərmansız qoymaq olmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət