Slimfit
  1. TEXNOLOGİYA

Populyar brauzerlər “TLS” protokolunun köhnə versiyalarının dəstəklənməsini dayandıracaq

Populyar brauzerlər “TLS” protokolunun köhnə versiyalarının dəstəklənməsini dayandıracaq
Sakura

Populyar brauzerlər “TLS” protokolunun köhnə versiyalarının dəstəklənməsini dayandıracaq

2020-ci ilin birinci yarısında bütün əsas brauzerlər (Safari, Chrome, Edge, Internet Explorer və Firefox) “TLS” (Transport Layer Security) şifrləmə protokolunun 1.0 və 1.1 versiyalarının dəstəklənməsini dayandıracaq. Bu barədə internet brauzerlərinin istehsalçıları olan “Apple”, “Google”, “Microsoft” və “Mozilla” şirkətlərinin məlumatında deyilir.

ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “TLS” protokolu “SSL” (Secure Socket Layer) kimi tanınan standartın əvəzlənməsi məqsədilə yaradılıb. Onlar brauzer və server arasında rabitə kanalı məlumatlarının ələ keçirilməsinin mühafizəsi üçün nəzərdə tutulub.

Məlumata görə, protokolun 1.0 və 1.1 versiyaları (onların birincisi təxminən 20 il əvvəl yaradılıb) artıq köhnəlib və onları avqustda internet üçün standartlar hazırlayan “IETF” təşkilatı tərəfindən təsdiqlənən 1.2 və 1.3 versiyaları əvəzləyib. 1.2 versiyasını dörd brauzer, ilkin variantda olan 1.3 versiyasını isə “Chrome” və “Firefox” dəstəkləyir. “Qualys” şirkətinin məlumatına görə, saytların əksər hissəsi də “TLS 1.2” versiyasını dəstəkləyir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR