Pompeo Lavrovla Suriya, Ukrayna və Venesuela məsələsini müzakirə etmək niyyətindədir
ABŞ dövlət katibi Maykl Pompeo rusiyalı həmkarı Sergey Lavrovla dekabrın 10-da Vaşinqtonda iki ölkə arasında fikir ayrılığına səbəb olan mövzuları - ikitərəfli münasibətləri, silahlara nəzarət məsələsini, Suriya, Ukrayna və Venesueladakı vəziyyəti müzakirə etmək niyyətindədir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasının nümayəndələrinə istinadən yazıb.
Rusiya XİN başçısı sonuncu dəfə 2017-ci ildə Vaşinqtona səfər edib və o zaman ABŞ prezidenti Donald Trampın qəbulunda olub.
"Associated Press"in məlumatına görə, xarici siyasət qurumlarının rəhbərləri danışıqların yekununda mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, S.Lavrov və M.Pompeo arasında öncəki şəxsi görüş sentyabr ayında BMT Baş Assambleyasının iclasında baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət