Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq
Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir.
Bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Son bir həftə ərzində pomidorun qiymətinin təxminən 25-30 faiz bahalaşdığını deyən ekspert bunun əsas səbəbini sahə pomidorlarının bazara gec çıxarılması ilə izah edib.
Onun sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olub:
V.Bayramov Azərbaycanda sahə pomidorlarının daha Xaçmaz, Tovuz, Qazaxda rayonlarında yetişdirildiyini də nəzərə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət