Slimfit
  1. DÜNYA

Polyak rəssamının əsərləri yeni rekordlara imza atır

Polyak rəssamının əsərləri yeni rekordlara imza atır
Sakura

Polyak rəssamının əsərləri yeni rekordlara imza atır

Polyak rəssamı Voytsex Fanqorun beş əsəri hərracda 1,6 milyon avroya satılıb. Bu, Polşanın bədii əsərlər bazarında yeni rekorddur.

AZƏRTAC xəbər verir ki, 1958-ci ildə çəkilmiş və “Kosmosun tədqiqi” adlandırılmış silsilə əsərlər rəssamın nəzərdə tutduğu kimi, bir əsər kimi satılıb. Onları Varşavada, nüfuzlu “Polswiss Art” hərrac evindən fərdi kolleksiyaçı alıb.

İki həftə əvvəl V.Fanqorun “M 39” adlı daha bir əsəri də rekord məbləğə - 4,7 milyon zlotıya satılıb.

Rəssamın tablolarına həndəsi formalar və parlaq rənglər səciyyəvidir. O, Nyu-Yorkdakı Quttenhaym Muzeyində fərdi sərgisi təşkil olunmuş ilk polyak rəssamıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR