Dərc edildi: Baxış sayı: 515
Polşada qadın altı uşaq dünyaya gətirdi - Beş övlad gözləyirmiş
Polşanın Krakov şəhərində qadın altı uşaq – dörd qız və iki oğlan dünyaya gətirib.
Polşa xəbər agentliyinin məlumatına görə, doğuş hamiləliyin 29-cu həftəsinə təsadüf edib.
Uşaqlar qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gəlib. Ən balaca uşağın çəkisi 800 qram, ən böyüyünün isə çəkisi 1200 qramdır. Bütün körpələr küvezə yerləşdirilib. Onların tənəffüs və qida sistemi bir müddət həkimlərin nəzarətində olacaq.
Maraqlıdır ki, həkimlər qadının beş uşaq dünyaya gətirəcəyini proqnozlaşdırırmış.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət