Polşada pandemiya qurbanlarının sayı 777 nəfərə yüksəldi
Polşada koronavirusdan ölənlərin sayı 777-yə çatıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Polşanın Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, Polşada son sutkada 144 yoluxma, 1 ölüm faktı qeydə alınıb. Yoluxanların sayı isə 15 510 olub, 102 996 nəfər karantindədir. İndiyədək 5 437 pasiyent sağalaraq evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 276 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət