Dərc edildi: Baxış sayı: 588
Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Polşa Silahlı Qüvvələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Pavel Çabaliskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan Ordusu ilə Polşa Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Polşa nümayəndə heyəti sülhməramlıların xidmət yerlərində yaradılan sosial-məişət və təlim şəraiti ilə tanış olublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət