Slimfit
  1. AZƏRBAYCAN

Polşa mətbuatı: Dağlıq Qarabağ və işğal altındakı digər 7 rayon Azərbaycan ərazisidir

Polşa mətbuatı: Dağlıq Qarabağ və işğal altındakı digər 7 rayon Azərbaycan ərazisidir
Sakura

Polşa mətbuatı: Dağlıq Qarabağ və işğal altındakı digər 7 rayon Azərbaycan ərazisidir

 Polşa mətbuatında Dağlıq Qarabağmünaqişəsi ilə bağlı məqalə dərc olunub.

"Report" xəbər verir ki, Kacper Ochmanın müəllifi olduğu “Polyak bələdiyyə rəhbəri və amerikalı məşhur Dağlıq Qarabağ münaqişəsində mübahisə mövzusudur” adlı məqalə www.eastbook.eu internet portalında işıq üzü görüb.

Yazının əvvəlində müəllif hər iki şəxsi bir-birinə nə bağladığını sual edərək, cavab verir ki, onlar işğal altındakı Dağlıq Qarabağa səfər ediblər və Azərbaycanın Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına salınıblar.

Daha sonra K.Ochman Polşanın Volomin povyatının starostası Kazimierz Rakovskinin Dağlıq Qarabağa səfər etdiyini və Azərbaycan tərəfinin müdaxiləsindən sonra üzrxahlıq məktubu imzalamasını diqqətə çatdırır. Müəllif bunu “biabirçı Polyak mövzuları” başlığı ilə xarakterizə edir.

Müəllif Polşa Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi məsləhət gördüyünü, beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Azərbaycan əraziləri olduğunu vurğulayır.

A.Lapşin məsələsini misal çəkən K.Ochman onun bir neçə dəfə Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycan hökuməti tərəfindən "İnterpol" xətti ilə axtarışa verildiyini, Belarusda həbs edilərək Azərbaycana ekstradisiya edildiyini və Azərbaycanda mühakimə olunduğunu ifadə edir. Müəllif yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev A.Lapşini əfv edib.

Müəllif Den Bilzerianın Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyini, Azərbaycan Baş Prokurorluğunun onun barəsində cinayət işi başlandığını və "İnterpol" xətti ilə axtarışa verildiyini bildirir.

Məqalənin sonunda K.Ochman münaqişənin 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başladığını, münaqişə nəticəsində erməni silahlı birləşmələri tərəfindən ölkənin 20% torpağının işğal edildiyini diqqətə çatdırır. O, həmçinin bir milyondan çox Azərbaycanlının Ermənistan və Dağlıq Qarabağdan qovulduğunu vurğulayır. 1994-cü ildə atəşkəs elan edildiyini ifadə edən müəllif, danışıqların nəticə vermədiyini, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra edilməyini diqqətə çatdırır.

Sonda müəllif təmas xəttində gərgin döyüşlərin 2016-cı ilin aprel ayında baş verdiyini, döyüşlərin Azərbaycanın üstünlüyü ilə bitdiyini vurğulayır. 

Məqalə ilə buradan tanış olmaq olar: (https://www.eastbook.eu/2018/11/20/polski-samorzadowiec-i-amerykanski-celebryta-koscia-niezgody-w-konflikcie-o-gorski-karabach/).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR