Dərc edildi: Baxış sayı: 576
Polşa israr edir: Putin bu tədbirə dəvət edilmədi
Rusiya Prezidenti Vladimir Putinin İkinci Dünya müharibəsinin başlamasının 80 illiyi ilə əlaqədar keçirilən tədbirə dəvəti yersizdir.
Axar.az xəbər verir ki, bunu Polşa Baş nazirinin müavini Yaçek Sasin deyib. O, Rusiya rəhbərliyinin hazırda öz qonşularına münasibətdə hərbi aqressiya tətbiq etdiyini bildirib.
Sasin həmçinin ölkədə təşkil edilən tədbirə ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkelin də qatılacağını deyib.
Qeyd edək ki, bundan öncə Polşa Prezidentinin Mətbuat Xidməti ölkədə keçiriləcək tədbirə yalnız AB və Şərq Tərəfdaşlığı liderlərini dəvət etdiklərini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət