Slimfit
  1. SİYASƏT

Politoloq: “Keşikçidağ” ətrafına xüsusi təyinatlı dəstələrin yerləşdirilməsi gündəmdədir

Politoloq: “Keşikçidağ” ətrafına xüsusi təyinatlı dəstələrin yerləşdirilməsi gündəmdədir
Sakura

Politoloq: “Keşikçidağ” ətrafına xüsusi təyinatlı dəstələrin yerləşdirilməsi gündəmdədir

 

Gürcüstandakı proseslərə siyasilər deyil, dini radikallar təkan verir. Bu radikalların içərisində mənşəyi erməni olan adamlar az deyil. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq Qabil Hüseynli son günlər “Keşikçidağ” ətrafında baş verən insidenti şərh edərkən deyib. 

Onun sözlərinə görə, bu adamların bir qisminin Rusiya tərəfindən təlimatlandırıldığı da ehtimal olunan variantlar içərisindədir:

“Bu gün “Keşikçidağ” məsələsi ətrafında Gürcüstan hökuməti təmkinli danışır və Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirərək, onunla bu məsələdə dil tapa biləcəklərini dilə gətirdi. Azərbaycan da buna bənzər fikirlər səsləndirdi”.

Politoloqun fikrincə, Gürcüstanın özündə tamam siyasiləşmiş din xadimləri var ki, bunların çoxu vaxtilə gürcüləşmiş ermənilərdən əmələ gələn yaramaz adamlardır:

“Bunlar insanları fanatizm səviyyəsinə çatdıra bilirlər. Bu səbəbdən də Azərbaycanın “Keşikçidağ” ətrafına əlavə sərhəd qüvvələri və xüsusi təyinatlı dəstələrin yerləşdirilməsi məsələsi gündəmdədir. Azərbaycan bu məsələnin silahdan deyil, qüdrətindən istifadə edərək öhdəsindən gələcək”.  

Q.Hüseynli deyib ki, “Keşikçidağ”ın hazırda yerləşdiyi ərazi tarixi Azərbaycan torpaqlarıdır:

“Azərbaycan-Gürcüstan sərhədində yerləşən bu ərazi xəritə ilə 1963-cü ildə Gürcüstan Ali Soveti tərəfindən rəsmi şəkildə təsdiq olunub. Daha sonra SSRİ Nazirlər Soveti tərəfindən təsdiqlənib. Bu ərazi sərhədin Azərbaycan hissəsindədir. 

Vaxtilə məbəd deyilən ərazi çobanların qaldığı yer olub. Sonralar gürcülər ora gələrək, ikonalarını yerləşdirib və buranı məbəd kimi təqdim ediblər. Burada tarixən albanlar yaşayıb. Bu, o deməkdir ki, bu yerlər tarixi Azərbaycan əraziləridir”. 

Qeyd edək ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxs Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq, ölkə ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edib və onları nalayiq ifadələrlə təhqir edib.

Məsələ ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR