Slimfit
  1. SİYASƏT

Politoloq: 'Ermənistanın davranışı Qarabağda gərginliyi artırır' - ŞƏRH

Politoloq: 'Ermənistanın davranışı Qarabağda gərginliyi artırır' - ŞƏRH
Sakura

Politoloq: 'Ermənistanın davranışı Qarabağda gərginliyi artırır' - ŞƏRH

"Dağlıq Qarabağla bağlı videokonfrans şəklində keçirilən son danışıqlar bu məsələnin əhatəli həlli yollarını tapmaq üçün Ermənistan tərəfinin təmkinli və məntiqli mövqeyə meylli olmadığını ortaya qoydu".

Bunu “Report”a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarını şərh edən politoloq Tofiq Abbasov bildirib.

“Artıq neçənci dəfədir Ermənistanın nümayəndələri, bu dəfə isə xarici işlər naziri sözün həqiqi mənasında həssas, diqqətli münasibət göstərməyin zəruri olduğu məsələlərə aşkar şəkildə etinasızlıq göstərirlər. Bəli, hazırda çox mürəkkəb dövrdür. Bütün dünyada siyasi, iqtisadi, sosial proseslərin bu qədər səngidiyi bir vaxtda bu danışıqların keçirilməsi faktının özü sağlam düşüncəyə, məntiqə qayıtmağın lazım gəldiyini göstərirdi”, – politoloq deyib.

O, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın danışıqlar qurtaran kimi zamanla, hazırkı məqamla qəti uyuşmayan qəribə mülahizələr dilə gətirdiyini xatırladıb: "Deyilənlərdən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamaq və eyni zamanda özünü o yerə qoymayaraq sanki hər şey qaydasındadır kimi davranmaq niyyəti sezilir. Ermənistanın bu pozuculuq fəaliyyəti gərginliyi daha da artırır, təhlükəli vəziyyət yaradır. Belə ki, Yaxın Şərqdəki gərginlik ocaqlarının buradan elə da uzaq olmadığı nəzərə alınsa, eyni səpgili hadisələrin baş vermə ehtimalı daha da çoxalır”,  – ekspert bildirib.

“Ermənistan Qafqazdan, Xəzər regionundan uzaqlarda olan, lakin burada öz mənafeyini təmin etmək üçün alət axtarışında olan müəyyən qüvvələrin əlində oyuncağa çevrilib. ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu məsələnin əhatəli həllində maraqlı olan Rusiya irəliləyiş üçün müəyyən əsasların olduğunu Ermənistana xatırlatsa da, onlar təyini-müqəddərət prinsipi, təhlükəsizlik zolağı kimi saxta, içi boş olan söz oyunlarını davam etdirir. Sözsüz ki, belə olan halda konstruktiv danışıqlar mümkün olmur və Paşinian öz hökumətilə bir yerdə məsələni gərginliyə, müharibəni davam etdirmək məcrasına apardıqlarını göstərirlər”, –  ekspert vurğulayıb.

Onun sözlərinə görə, nüfuzlu qonşu ölkələrdən heç biri gərginliyin artmasını istəmir, çünki hər bir məhəlli münaqişə müəyyən məqamda irimiqyaslı müharibəyə çevrilə bilər.

"Lakin rəsmi Yerevan məhz bu yolla gedir və belə siyasət onlara baha otura bilər. Müharibə yenidən başlasa, bu dəfə Azərbaycanın əl-qolunu bağlayan olmayacaq. Çünki Azərbaycan məsələni diplomatik yolla həll etməyə tərəfdar olduğunu sübut edib, Ermənistan isə bunun tam əksinə olaraq mövcud vəziyyəti hər vasitə ilə saxlamağa çalışır. Beləliklə, vəziyyət kəskinləşsə, məhz Ermənistan girova çevriləcək”, - politoloq fikrini tamamlayıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR