Dərc edildi: Baxış sayı: 777
Polislər sakinlərə zor tətbiq edib? - AÇIQLAMA
Bu gün bir qrup sakin İmişli Rayon İcra Hakimiyyətinin qarşısında toplaşıblar.
İddia olunub ki, sakinlərin oradan uzaqlaşması üçün polis əməkdaşları zor tətbiq edib.
Daxili işlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a bildirib ki, bu gün bir qrup rayon sakini sosial məsələlərlə bağlı rayon ərazisində toplaşmağa cəhd ediblər:
“İmişli Rayon Polis İdarəsinin əməkdaşları onlarla profilaktik söhbətlər aparıblar. Daha sonra isə İmişli Rayon İcra hakimiyyətinin başçısı və digər nümayəndələri sakinləri qəbul edib, onların problemlərini dinləyib”.
“Baş verən toplaşma zamanı zor tətbiq edilməyib”, - deyə DİN rəsmisi əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət