Slimfit
  1. AZƏRBAYCAN

Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA

Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA
Sakura

Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA

Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qaydaya əsasən polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır:

- operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, "Azərpoçt" MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

- yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

- təcili tibbi zərurətlə əlaqədar səfər edən şəxslər və onlar ilə gedən ailə üzvləri (2 nəfərdən çox olmamaqla) yaxud qanuni nümayəndələri – təcili müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubunu (arayışını) təqdim etməklə;

- respublikanın tibb müəssisələrində qeydiyyatda olan və mütəmadi müalicə almaq üçün müvafiq tibb müəssisələrinə gedən şəxslər – polis postlarında olan müvafiq adlı siyahılar üzrə yoxlanıldıqdan sonra;

- yaxın qohumu ölmüş şəxslər (valideyni, əri (arvadı), övladı, qardaşı, bacısı, babası, nənəsi, nəvəsi, qaynatası, qaynanası) – ölüm faktını təsdiq edən tibb müəssisəsinin arayışını təqdim etməklə;

- xüsusi karantin rejimi elan olunmazdan qabaq respublikanın digər şəhər və rayonlarına getmiş Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;
- xüsusi karantin rejimi elan olunmazdan qabaq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş digər şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

 

- öz ölkələrinə qayıdan xarici dövlətlərin vətəndaşları.

Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar (info@mia.gov.az). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.

Müraciətlərə 24 saat müddətində baxılaraq qərar qəbul olunur və bu barədə təşəbbüskar rəsmi məlumatlandırılır.

Eyni vaxtda polis postundan 5-dən artıq işçisi keçən müəssisə və təşkilatn onların daşınması üçün üzərində loqosu olan sərnişindaşıma nəqliyyat vasitəsi (avtobus, mikroavtobus və s.) ayırmalıdır.

Polis postundan keçən bütün şəxslər şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlidirlər.

Vətəndaşlardan müvafiq qaydalara əməl etmələrini xahiş edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR