Dərc edildi: Baxış sayı: 1021
Poliklinikaya giriş üçün COVID-19 pasportu tələb edilir? - AÇIQLAMA
Bakı şəhərində fəaliyyət göstərən 3 saylı uşaq poliklinikasının qapısına COVID-19 pasportu olmadan girişin qadağan olunması ilə əlaqədar elan yerləşdirilib.
Ens.Az-ın məlumatına əsasən,bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.
Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq poliklinikanın girişindən bildiriş aradan qaldırılıb:
“Yayılan elanla bağlı poliklinikanın rəhbərliyinə xəbərdarlıq edilib. Eyni zamanda, qapıdan asılan bildiriş götürülüb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət