XEYİRLƏ ŞƏRİN MÜBARİZƏSİ YENİDƏN BAŞLAYIR – “DƏRVİŞ” FİLMİNİN BAŞ ROLUNUN İFAÇISI TURAL ƏSGƏROV FİLM HAQINDA DANIŞDI.
Saytımız artıq bir müddətdir çəkilişləri gedən və çox yaxın zamanlarda yayımlanması planlaşdırılan yeni, maraqlı süjet xətti ilə diqqət çəkən “DƏRVİŞ” psixoloji dramının əsas obrazlarından “NƏSİMİ” obrazına can verən istedadlı aktyor Tural Əsgərovla apardığımız müsahibəni sizlərə təqdim edir:
Nəzərinizə çatdırırıq ki, Ssenari müəllifi və Quruluşçu Rejissoru ELŞƏN İSMAYIL olan yeni bədii filmin aktyoru Əsgərov Tural Akif oğlu 1981-ci il, 21 sentyabrda doğulub, qız bürcündəndir.
1. Film haqqında düşüncələriniz?
İnsanları düşündürəcək bir layihə olacağına inanıram.
2. Oynadığınız rol haqqında fikirləriniz?
Vətənini, millətini sevən, vicdanlı bir polis. Nəsimi obrazını çox sevdim, inşallah izləyicilər də sevər.
3. Filmin komandası haqqında nə düşünürsünüz?
Komanda səmimi və istedadlı insanlardan təşkil olunub. Ümid edirəm, bəhrəsi də çox olacaq.
4. Filmin ideyası sizcə nədir?
Xeyirlə Şərin mübarizəsi fonunda ikili insan münasibətlərinin çatdırılması... Ssenaristin möhtəşəm ideyası ondan ibarətdir ki, şanlı tariximizin, milli-mədəni irsimizin təbliği müasir, modern üslubla, amma dərin tarixi fəlsəfi düşüncə ilə təqdim edilir.
5. Filmdən gözləntiləriniz?
Son söz izləyicilərindi hər zaman.
6. Yaradıcılıq planlarınız?
Dayanmadan inkişaf etmək lazımdı. Gələcəkdə ölkəmi beynəlxalq arenada da təmsil etmək istəyirəm.
7. Həyat qayəniz?
Yaxşı insan olmaq. Ürəklərdə xoş izlər yaratmaq.
8. Yaradıcılığa ilk gəlişiniz?
2007-ci il. Necati Şaşmaz (Polat Alemdar) sevgisiylə gəldim. Sonradan isə aktyorluğu peşəkar olaraq, sahə seçdim özümə.
9. İncəsənəti sevməyinizin əsas səbəbini bizə anlada bilərsiniz?
İncəsənət – həyatdır, yaşamdır, sevincdir, kədərdir, dünya içində dünyadan böyük dünyadır.
10. Dünya kinosunda ən çox sevdiyiniz film.
Bir çox filmlər var.
“Qladiator”, “Yaşıl yol”, “Xaçiko”, “Xaç atası”, “Malena” və s.
Bunların içində isə Yaşıl yol filmini xüsusi qeyd edərdim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət