Polad Həşimov adına PUA istehsal edilməsi simvolik xarakter daşıyır
Ermənilər general-mayorun adı qarşısında da aciz qalacaq
“Bu texnika hər dəfə düşmənlərə zərbə endirdikcə…”
Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adı düşmənə qorxu salmağa davam edəcək.
Polad Həşimovun adını daşıyan pilotsuz uçuş aparatının (PUA) ilkin görüntüləri yayılıb. Bu barədə "Facebook"un Azərbaycan seqmentində paylaşımlar edilib. Paylaşımda qeyd edilib ki, aparatda hələlik bəzi texniki səhvlər var. Bu da pandemiya ilə bağlı komanda üzvlərinin fərqli yerlərdə çalışması ilə bağlıdır: "Ancaq mütəxəssislərin də rəyi ilə dəyişikliklər edilərək mükəmməl nəticə ortaya qoyulacaq". O da bildirilib ki, gələn həftə maketin yonulmasına başlanacaq.
Ens.az xəbər verir ki, bu barədə “Sherg.az”a danışan hərbi ekspert Ramil Məmmədli təşəbbüsü yüksək qiymətləndirib:
“Əlbəttə, şəhidlərimizin adına silahlar istehsal edilməsi çox yaxşı haldır. Bu, onların xatirəsini əbədiləşdirməklə yanaşı, həm də gənclər arasında hərb sahəsinə marağı artırır. Polad Həşimov adına PUA istehsal edilməsi həm də simvolik xarakter daşıyır.
Bu texnika hər dəfə düşmənlərə zərbə endirdikcə onlar şəhid Polad Həşimovun qüdrəti və gücü ilə bir daha tanış olacaq, general-mayorumuzun adı qarşısında da aciz qaldıqlarını etiraf edəcəklər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət