Slimfit
  1. AZƏRBAYCAN

Polad Bülbüloğlu: "Azərbaycanın payız hədiyyələri" festivalı Bakı ilə Moskva arasındakı mehriban münasibətlərin sübutudur"

Polad Bülbüloğlu: "Azərbaycanın payız hədiyyələri" festivalı Bakı ilə Moskva arasındakı mehriban münasibətlərin sübutudur"
Sakura

Polad Bülbüloğlu: "Azərbaycanın payız hədiyyələri" festivalı Bakı ilə Moskva arasındakı mehriban münasibətlərin…

 Rusiyanın paytaxtı Moskva şəhərində "Azərbaycanın payız hədiyyələri" festivalının rəsmi açılış mərasimi keçirilib.

"Report" "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk çıxış ediblər.

"Azərbaycanla Rusiya arasında çox yaxşı, mehriban qonşuluq, strateji tərəfdaşlıq əlaqələri var. Bu münasibətlərdə Rusiya paytaxtı Moskvanın xüsusi yer tutmasına görə şadıq. Sergey Semyonoviç (Sobyanin, Moskva meri - red.) Bakıya rəsmi səfər edib, çox məhsuldar danışıqlar aparılıb, tezliklə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonu açılacaq. Bugünkü sərgi Moskva hökuməti ilə Azərbaycan hökuməti, Bakı ilə Moskva arasında formalaşmış mehriban münasibətlərin sübutudur", - P.Bülbüloğlu bildirib.

Səfir həmçinin bu festivalın ənənəvi və illik olacağına ümid etdiyini söyləyib.

Öz növbəsində, Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk qeyd edib ki, Azərbaycan Respublikası günlərinin Rusiya paytaxtında keçirilməsi üçün ideal hava mövcuddur: "Azərbaycanın ən yaxşı istehsalçıları gəlib və onlar Moskva sakinlərinə ölkənin qürur duyduğu məhsulları nümayiş etdirəcəklər".

Qeyd edək ki, "Azərbaycanın payız hədiyyələri" festivalı Moskvada oktyabrın 21-dək davam edəcək. Moskva sakinlərinə və şəhərin qonaqlarına əyləncə proqramı və kulinar ustad dərsləri təqdim olunacaq. Sərgi Moskvanın Tverskaya meydanında hər gün saat 11:00-dan 20:00-dək açıq olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR