Slimfit
  1. SİYASƏT

Polad Bülbüloğlu Almaniyanın Rusiyadakı yeni səfirinə Azərbaycan-Ermənistan nizamlanması barədə məlumat verib

Polad Bülbüloğlu Almaniyanın Rusiyadakı yeni səfirinə Azərbaycan-Ermənistan nizamlanması barədə məlumat verib
Sakura

Polad Bülbüloğlu Almaniyanın Rusiyadakı yeni səfirinə Azərbaycan-Ermənistan nizamlanması barədə məlumat verib

Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu Almaniya Federativ Respublikasının Moskvaya yeni təyin olunmuş Səfiri Aleksandr Qraf Lambsdorfu qəbul edib.

Ens.az APA-ya istinadən xəbər ki, P. Bülbüloğlu həmkarını Rusiyada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifisinə təyin olunması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Azərbaycan Səfiri qonağa Rusiyadakı diplomatik korpusun duayeni qismində fəaliyyəti və bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər və əhəmiyyətli mədəni layihələr barədə məlumat verib.

Almaniya Səfiri Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı son proseslərlə maraqlanıb.

Bülbüloğlu Almaniyalı həmkarına Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat vermiş, regionda baş verən son hadisələr və müasir reallıqlar barədə ətraflı danışıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər məsələləri müzakirə olunub.

Cənab Lambsdorff öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və çox maraqlı söhbətə görə təşəkkür edib.

Görüşün sonunda Azərbaycan Səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə edib.

Polad Bülbüloğlu bu gün həm də İsveçrənin Rusiya Federasiyasındakı Səfirliyində Gürcüstanın maraqları şöbəsinin yeni təyin olunmuş rəhbəri Mamuka Merkviladzeni qəbul edib.

Azərbaycan Səfiri həmkarını belə şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona fəaliyyətində gələcək uğurlar arzulamış və Rusiyadakı diplomatik korpusda duayen qismində gördüyü işlər barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərə dair müxtəlif məsələlər müzakirə olunub . Tərəflər həmçinin hər iki ölkənin maraq dairəsində olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Hər iki tərəf əsrlər boyu davam edən dostluq, mədəni əlaqələr və təkcə qonşu deyil, həm də iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərini xüsusi vurğulayıblar.

Merkviladze öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və maraqlı söhbətinə görə təşəkkür edib.

Görüşün sonunda Azərbaycan Səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR