Slimfit
  1. DÜNYA

Podolyakdan “Vaqner”lə bağlı açıqlama

Podolyakdan “Vaqner”lə bağlı açıqlama
Sakura

Podolyakdan “Vaqner”lə bağlı açıqlama

Rusiyada elitalar arasında parçalanma açıq-aydın görünür.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, , bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Tvitterdə yazıb.

“Vaqner” rəhbəri Yevgeni Priqojinin silahlı qiyamına münasibət bildirən müşavir qeyd edib ki, tərəflərin razılığa gələrək problemi həll etmələri mümkün olmayacaq:

“Kimsə mütləq itirməlidir: Ya Yevgeni Priqojin, ya da qarşı tərəf. Rusiyada hər şey yeni başlayır”.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

“Vaqner”in gecə saatlarında Rostovu ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR