Slimfit
  1. AZƏRBAYCAN

Poçt göndərişlərində şübhə aşkarlanarsa...

Poçt göndərişlərində şübhə aşkarlanarsa...
Sakura

Poçt göndərişlərində şübhə aşkarlanarsa...

“Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qərar imzalayıb.

Qərarla sənədin 4.9 bəndi dəyişdirilib.

Həmin bənd daxili poçt göndərişlərində aşkar olunmuş zəhərli heyvan və bitkilərlə bağlıdır. Bildirilirdi ki, daxili poçt göndərişlərində aşkarlanmış zəhərli heyvan və bitkilərlə bağlı müvafiq akt tərtib edilməlidir.

Sənədə əsasən, həmin məlumatlar baytarlıq orqanlarına və ya fitosanitar sahəsində dövlət nəzarətini həyata keçirən orqanlara təhvil verilirdi.

Nazir R.Quluzadənin yeni qərarı ilə bundan sonra müvafiq akt tərtib edilərək, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təhvil veriləcək.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR