Slimfit
  1. TƏBİƏT

Plastik yeyən qurdlar planeti çirklənmədən təmizləməyə kömək edə bilər.

Plastik yeyən qurdlar planeti çirklənmədən təmizləməyə kömək edə bilər.
Sakura

Plastik yeyən qurdlar planeti çirklənmədən təmizləməyə kömək edə bilər.

Plastiklə qidalana bilən və eyni zamanda alkoqol ifraz edən kiçik qurd alimlərin diqqət mərkəzinə düşüb

Bu qurd müxtəlif pəhrizlərdən plastiki seçib. Bağırsaqlarında yaşayan xüsusi bakteriyalar sayəsində polietileni çeynəməyə qadirdir. Bu kiçik canlı şamabənzər qurd kimi tanınır. O hələ 2017-ci ildə elm adamlarının diqqət mərkəzinə düşmüşdü. Elə həmin vaxt ümumiyyətlə yuvalarda yaşayan və şam yeyən bu qurdun çox şeyə qadir olduğu güman edilirdi.

Hazırda bəşəriyyət ətraf mühitin çirklənməsi problemləri ilə üz-üzədir. Bunun içərisində plastik mühüm rol oynayır.

Qablaşdırma üçün çox istifadə olunan plastik növü olan polietilen bildiyiniz kimi, yavaş-yavaş parçalanır.

Tədqiqat qrupu, təxminən 60 şam qurdunun bir həftədən az bir müddətdə 30 kvadrat santimetrdən çox plastik torba yeyə bildiyini müəyyən edib. Bu zaman onlar "spirt forması" olan glikol ifraz edirlər. Alimlərin fikrincə, qurdlar bağırsaqlarında yaşayan bakteriyalar sayəsində bu cür ifrazatları həyata keçirə bilirlər.

Tədqiqatçılar bir qurdun onun bağırsaq bakteriyaları ilə birgə plastikləri məhv etmək üçün necə işlədiyini anlamağa çalışıblar. Bu müəyyən edilə bilərsə, ətraf mühitu plastikdən təmizləmək üçün vasitələr hazırlana bilər. Plastik çirklənmənin həddən çox olmasına baxmayaraq, söhbət minlərlə belə qurdun sərbəst buraxılmasından getmir. Bu qurdlar böyük mum güvəsinin sürfəsidir. Sürfə mərhələlərində çox qarınquludurlar.

Artıq alimlər aralarındakı qarşılıqlı əlaqəni başa düşmək üçün qurdlar və bağırsaq bakteriyaları arasındakı münasibəti daha da yaxşı öyrənməyə çalışırlar. Bunu həll edə bilsələr, bu plastikin məhvində böyük bir töhfə olacaq.

Mənbə: hotgeo.ru/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR