Slimfit
  1. CƏMİYYƏT

Plastik torbaların satışı üçün ödənişli sistem tətbiq olunacaq

Plastik torbaların satışı üçün ödənişli sistem tətbiq olunacaq
Sakura

Plastik torbaların satışı üçün ödənişli sistem tətbiq olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması barədə müvafiq dövlət qurumlarına müraciət edib.

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında  bunu ETSN-nin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. 

Onun sözlərinə görə, plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı ETSN-in təklifləri müvafiq dövlət qurumlarına təqdim edilib, hazırda razılaşdırılma mərhələsindədir:

“Təkliflər qəbul olunsa, biz onların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail olmaq olar. Ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı layihə isə razılaşdırılma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır”.

Şöbə müdiri qeyd edib ki, ETSN vətəndaşları polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadəyə çağırır. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR