Slimfit
  1. DÜNYA

Planetin xilas edilməsi işinin qulpundan yapışmaq yolunuz

Planetin xilas edilməsi işinin qulpundan yapışmaq yolunuz
Sakura

Əsrlər boyu şəhərlər havanın çirklənməsilə mübarizə aparmağa çalışıb

Əsrlər boyu şəhərlər havanın çirklənməsilə mübarizə aparmağa çalışıb.

1950-ci illərdə Londonun havasındakı his və tüstü minlərlə şəhər sakinin ömrünü qısaldıb.

O vaxtdan bəri havanın təmizlənməsi üçün xeyli işlər görülüb, lakin London Avropanın havası ən çirkli olan şəhərlərindən biri olaraq qalır.

Britaniya höküməti deyir ki, havanın çirklənməsi əhalinin sağlamlığı üçün hələ də başlıca risk mənbəyi olaraq qalmaqdadır - xərçəng, piylənmə və ürək xəstəliklərindən sonra.

Nəfəs aldığımız havanın keyfiyyətini yüksək saxlamaq üçün daha nə etmək olar?

1. Səyahət etməyin fərqli üsulları

Məktəbə və işə havanı tüstüləndirməyən alternativ nəqiyyat növlərində də getmək olar.

Siz atmosferə tullantıları azaltmaq üçün, yola çıxarkən avtomobilinizi evdə qoyub gedə bilərsiniz.

London meri əhalini ictimai nəqliyyatdan, velosipedlərdən istifadə etməyə, piyada gəzməyə həvəsləndirməyə çalışır - bəs görəsən, siz öz şəhərinizdə nə edə bilərsiniz?

Londonda eləcə də şəhərin mərkəzi üçün £10 (22 AZN) məbləğində yeni "Toksiklik rüsumu" tətbiq edilir.

Bu rüsum əsasən qeydiyyatı 2006-cı ilədək olan dizel və benzinlə işləyən nəqliyyat vasitələrinə şamil olunur.

2. Emissiyanızı yoxlayın

Bəz sizin maşınınız havaya nə qədər tüstü buraxır?

Növbəti dəfə avtomobil almağa yollananda və ya avtmobilinizi texniki baxışdan keçirəndə maşınızın emissiya əmsalını yoxlayın.

Əmsal nə qədər aşağıdırsa, ətraf mühit üçün o qədər yaxşıdır.

İngiltərədə dizel maşınlarının satışı təxminən 40 faiz azalıb, hökümət isə bildirir ki, dizel mühərriklə işləyən yeni avtomobillərin və mikroavtobusların satışı 2040-cı ildə dayandırılacaq.

Beləliklə, avtomobiliniz nə qədər təmizdirsə, bu. o qədər yaxşıdır, hələ əlavə pul da qənaət edərsiniz..

3. Elektrik mühərriklər

ABŞ-da, Kaliforniyada ştatında təxminən 340,000 elektrik mühərrikli avtomobil var.

Siz elektrik mühərrikli maşının alınması barədə də düşünə bilərsiniz.

Bütün dünyada qarşıda gələn onilliklər ərzində küçələrə daha çox elektrik mühərrikli avtomobillərin çıxacağı gözlənilir.

2040-cı ildən sonra Britaniyada dizel və benzinlə işləyən yeni maşınlar satışdan yığışdırılacaq, bundan daha 10 il sonra isə, gözlənildiyi kimi, bütün maşınların elektrik mühərrikli olacaq.

ABŞ-da satılan bütün elektrik mühərrikli maşınların təxminən yarısı Kaliforniya ştatı tərəfindən alınır - hazırda Kaliforniyada təxminən 340000 ədəd elektrik mühərrikli avtomobil var.

Kaliforniya ştatı bu rəqəmi 2015-ci ildə 1,5 milyona çatdırmaq niyyətindədir.

4. Şərikli avtomobil

Avtomobildən şərikli istifadə getdikcə populyarlaşır

Atmosferə karbon tullantılarını azaltmaq üçün dünyanın bir çox yerlərində avtomobildən şərikli istifadə praktiksaı yer almaqdadır.

Avtomobildən şərikli istifadəni təklif edən şirkətlər də mövcuddur.

Bu üsul daha ucuz və daha təmiz səyahat etmə imkanları açır.

Mümkündür ki, bu üsulla səyahətə çıxanların sayı gələcəkdə getdikcə artsın.

ABŞ-da isə avtomobil yollarında şərikli əsasda hərəkət edən avtomobillər üçün hətta ayrıca zolaqda ayrılıb, odur ki, avtomobil tıxaclarında ilişib qalmaq riski bu avtomobillər üçün daha aşağıdır.

5. Özünüz enerji istehsal edin

Elektrik enerjisini özünüz də istehsal edə bilərsiniz

Evinizin damınızda günəş batareyasıının qurulması barədə düşünmüsünüzmü?

Bir dəfə xərc çəkib onu qurandan sonra bu batareya uzun müddət ərzində enerji xərclərinizə qənaət etməyə imkan verəcək.

İstifadə etdiyinizdən daha çox enerji istehsal etdiyinizdə isə, əlavə enerji şəbəkəyə qaytarıla bilər, buna görə isə sizə əlavə mükafatlandırıcı ödəniş də düşəcək.

6. Evdə batareyalar

Kaliforniyada yeni evlər müştərilərə günəş batareyaları və elektrik mühərrikli avtomobillərin doldurulması avadanlığı ilə təchiz olunmuş vəziyyətdə təklif olunur.

Əgər sizin elektrik mühərrikli maşınınız varsa, bu o deməkdir ki, enerji ehtiyatına da maliksiniz.

Gələcəkdə enerji şirkətləri elektrik mühərrikli avtomobillər üçün enerinin alqı-satqısını nəzərdə tutan V2G texnologiyasından istəfadə edəcəklər.

Belə ki, avtomobil sahibi batareyasını doldurmaqla, yəni enerji almaqla yanaşı, onu lazım olmayanada yenidən şəbəkəyə qaytararaq sata bilər.

Kaliforniyada yeni evlər müştərilərə günəş batareyaları və elektrik mühərrikli avtomobillərin doldurulması avadanlığı ilə təchiz olunmuş vəziyyətdə təklif olunur.

7. Evinizdəki enerjiyə qənaət

Elektrik cihazlar "standby" vəziyyətindədirsə, bu, illik elektrik enerjisi xərclərinizi təxminən $30-dək artıra bilər.

Dünya boyu hər bir ailənin enerji xərcləri artmaqdadır.

Təkcə Britaniyada enerji xərcləri son 10 il ərzində təxminən 2 dəfə artıb.

Xərclərin nəzarətdə saxlanmasının ən səmərəli yolu enerji sərfiyyatını daha dəqiq ölçən "smartmetrlərin" quraşdırılmasıdır.

Lakin pula qənaət etmək üçün digər yollar da var.

Siz enerji satan şirkətlər arasında seçim edə bilərsiniz, qapı-pəncərələnizdən istiliyin bayıra sızmaması üçün çərçivələrin izolyasiyasını gücləndirə bilərsiniz.

Televizorunuz və ya digər eletrik cihazlarınız "standby" vəziyyətindədirsə, bu, illik elektrik enerjisinə xərclərinizi təxminən $30-dək (51AZN) artıra bilər.

Odur ki, eletrik cihazlarnızı işlətməyəndə tam keçirtməyi yaddan çıxarmayın - pulunuza qənaət edin, planetimizni xilas edilməsində iştirak edin.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR