Dərc edildi: Baxış sayı: 645
Planetin ən yaşlı adamı öldü
Yer kürəsinin ən yaşlı insanı, Yaponiya sakini Çiyo Miyako 117 yaşında Yokoqama şəhərində vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çiyo Miyako 1901-ci il mayın 2-də anadan olmuşdu.
Hazırda planetin ən yaşlı sakini statusu onun həmyerlisi Kane Tanakeyə keçib. K.Tanake isə 1903-cü il yanvarın 2-də dünyaya gəlib.
Müəllif: Ceyhun Rasimoğlu
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət