Slimfit
  1. DÜNYA

Planetin ən hündür qadınları: Bəzisi əyilə-əyilə gəzir

Planetin ən hündür qadınları: Bəzisi əyilə-əyilə gəzir
Sakura

Planetin ən hündür qadınları: Bəzisi əyilə-əyilə gəzir

İnsanların boyu ölkələr üzrə dəyişir. Avropanın şimalına doğru irəlilədikcə daha hündür adamlara rast gəlmək mümkündür. Məsələn, Madaqaskarda arıq, ortaboy vyetnamlıları çox uzun sayırlar.

 Bu dəfə çox hündür qadınlar haqda danışacaq. Onlar üçün həyat asan keçmir. Bəzisi hətta əyilə-əyilə gəzir.

Erika İrvin. Erikanın boyu 203 sm-dir. Bizə çox hündür görünə bilər. Amma ondan da hündür qadınlar var. Əməliyyatdan sonra kinoya çəkilmək istəyirdi. Təəssüf ki, İrvinin arzusu həyata keçmədi. Hündür qadınların taleyi belədir. Ən yaxşı halda sirkdə iş tapa bilirlər.

Elsani da Krus Silva. Gözəl braziliyalı qadın model karyerası qurmağı bacarıb. Şəxsi həyatda da hər şey qaydasındadır. Sevgilisi boyca ondan çox kiçik görünsə də, məhəbbət sərhəd tanımır. Ailə həyatı qurub övladlığa uşaq götürməyi düşünürlər. Təəssüf, belə hündür qadınlar dünyaya uşaq gətirə bilmir.

Karolina Velts. Braziliyalı ilə eyni boydadır. Həm də model karyerası var. Paltarlarını xüsusi dərzi tikir.

Mali Duanqdi. Hipofiz şişi üzündən tailandlı qızın boyu dayanmadan artır. İndi 210 sm-ə çatıb. Şişə görə Mali görmə qabiliyyətini itirib, küçəyə çıxa bilmir.

Gitika Şirivastava. Boyu 211 sm-ə çatan hind qız atası kimi basketbolu seçib. Milli komandada da oynayıb.

Ulyana Semyonova. Sovet idmançısı basketbolda komandasına az qızıl medal qazandırmayıb. Ulyana Latviyada doğulub, boyu 214 sm-dir.

Zeynəb Bibi. Pakistanlı qızın uşaqlığı asan keçməyib. Yaşıdları onu çox təhqir edirdi. Hətta bir dəfə qolunu sındırmışdılar. Ailə İngiltərəyə köçəndən sonra Zeynəbin həyatı yaxşılaşdı. Heyf, Bibi çox yaşamadı. 44 yaşında dünyasını dəyişəndə boyu 218 sm idi.

Malqojata Dıdek. Zeynəblə eyni boyda olan polşalı qızın həyatı uğurlu alınmışdı. Basketbolda böyük uğurlar qazandı, ailə qurub dünyaya uşaq gətirdi. 37 yaşı olanda üçüncü hamiləlik zamanı həyatını itirdi.

Sendi Allen. Sendi də əməliyyata qədər dayanmadan böyüyürdü. 231 sm-də dayandı, amma bütün həyatı boyu özünü tənha və bədbəxt hiss etdiyini dedi.

Yao Defen. Uşaqlıqda onkoloji xəstəlikdən əziyyət çəkirdi. Çətinliklə hərəkət edirdi. 40 yaşında vəfat edəndə boyu 236 sm idi.

Ceyn Banford. Yazıq Ceyn əyilə-əyilə gəzirdi. 241 sm boyu daşımaq onun üçün çox çətin idi. 30 yaşında dünyadan köçdü.

Dzen Julan. Tarixə məlum olan ən hündür qadındır. Cəmi 18 il yaşayan çinli qız 248 sm həddinə çatmışdı.

Dünyanın ən hündür adamları kişilər olub. Robert Vanlou 272 sm-ə çatmışdı. Rus sirk ustası Fyodor Maxnovun 285 sm boyunun olduğu bildirilir. Amma rəsmi təsdiqini tapmayıb.

 

Mənbə: Xezerxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR