Slimfit
  1. TƏBİƏT

Planeti xilas etmək üçün cəmi 8 il vaxt var

Planeti xilas etmək üçün cəmi 8 il vaxt var
Sakura

İsveçli fəal həyəcan təbili çalır

İsveçdən olan ekologiya sahəsində tanınmış ictimai fəal Greta Thunberg Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib. Burada onun çıxışını dünyanın ən nüfuzlu və varlı insanları izləyiblər. Thunberg onları və dünya mediasını iqlim dəyişikliyi məsələsinə susqun yanaşmaqda günahlandırıb.

Ens.az CNBC-yə istinadən xəbər verir ki, Time-ın versiyasına görə "2019-cu ilin adamı" seçılmış Greta Tuhnberg, qlobal istiləşməni dayandırmaq üçün yeganə şansın karbon tullantılarının gələcək 8 il ərzində 570 gigatondan aşağı düşməsindən asılı olduğunu vurğulayıb.

O qeyd edib ki, bu mümkün olsa , yəni CO2 tullantıları tövsiyə olunan səviyyəyə endirilərsə belə bu, sonrakı dövrdə istiləşməmənin davam etməyəcəyinə zəmanət vermir. “Bunlar heç kimin fikirləri deyil. Bu elmdir "deyib, Thunberg. O, İqlim Dəyişiklikləri üzrə Beynəlxalq Panelin 2018-ci il üçün iqlim böhranının miqyasına dair hesabatına əsaslanaraq heç olmasa bir media və ya hökumət rəsmisindən [iqlim dəyişikliyi haqqında] danışdığını və bunun nə demək olduğu haqq fikir yürütdüyünü görmədiyini deyib. Bilirəm ki, bu mövzunu qaldırmaq istəmirsiniz. Ancaq sizi inandırıram ki, hərəkət etməyiniz müddətcə bu rəqəmləri təkrarlamağa davam edəcəyəm ", - deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR