Slimfit
  1. TEXNOLOGİYA

Planet əhalisinin 50%-i elektron pul kisəsindən istifadə edəcək

Planet əhalisinin 50%-i elektron pul kisəsindən istifadə edəcək
Sakura

Planet əhalisinin 50%-i elektron pul kisəsindən istifadə edəcək

“Juniper Research” şirkətinin proqnozuna görə, 2024-cü ilə elektron pul kisəsindən istifadə edən insanların sayı 4 milyarda yaxınlaşaraq planet əhalisinin 50%-ni təşkil edəcək.

ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, məhsul və xidmətlərin ödənişi üçün rəqəmli xidmət istifadəçilərinin sayının artması bu pul kisələri vasitəsilə edilmiş əməliyyatlar həcminin 80% artmasına (ildə 9 trilyon dollaradək) gətirib çıxaracaq.

ABŞ-da orta statistik vətəndaş elektron pul kisəsi vasitəsilə ildə təxminən 3350 dollar xərcləyir. 2024-cü ilədək bu göstərici 6400 dollara yaxınlaşacaq.

Elektron ödəniş həllərinin populyarlaşması qismən onlayn ödənişlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi ilə bağlı olacaq. 2019-cu ilin ikinci yarısında əməliyyatları token və dinamik kriptoqramlarla qoruyacaq “SRC” (Secure Remote Commerce) standartları tətbiq ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR